"Bir yerə gedib-gələndən sonra dırnaqlarınızı tutub, saçınızı yuyun" - Hacı Surxaydan ŞOK AÇIQLAMA

"Bir yerə gedib-gələndən sonra dırnaqlarınızı tutub, saçınızı yuyun" - Hacı Surxaydan ŞOK AÇIQLAMA

Son dövrlər sosial şəbəkələrdə, xususi ilə də "İnstagram"da falçıların, baxıcıların sayı durmadan artır. Onlar insanın keçmişini və gələcəyini bildiklərini iddai edirlər. Hətta müəyyən pul qarşılığında sevgi, ruzi və iş məsələlərini həll etmək, şirinlik, dil bağlama əməllərini də icra edirlər. Hətta bəzi insanlar əmələ görə bədənlərinə cin girdiyini də iddia edirlər. 

Axeber.az bildirir ki, bununla bağlı big.az-adanışan Hacı Surxay Məmmədli bildirib ki, bir neçə ay bundan öncə "Bizimləsən"proqramına bir xanım müraciət etmişdi: "Qadın iddia edirdi ki, onun bədəninə cin girib. Həmin gün mən də verilişdə ekspert kimi iştirak edirdim. Xanımın fikirlərinə hörmətlə yanaşıram. Amma o zaman da bildirdim ki, insan bədəninə cin girə bilməz. "Qurani Kərim"in Bəqərə sürəsində bildirilir ki, şeytan söyləyib ki, insanların daxilinə girib sultanlıq edə bilməz. İnsanın daxilində iki ziddiyətli məqam var. Şəhvət (ehtiras) və ağıl qüvvəsi. İnsanın ağlı zəif olanda özünə güvəni itir. Ağıllı insan hen vaxt bədəninə cin girdiyini söyləmir. 20 il bundan öncə Misirin "Əl-Əhzər" universitetində də dünya şöhrətli din alimləri cinin insanın daxilinə girdiyini elmi əsaslarla inkar etdilər. Düzdür, neqativ, görmədiyimiz nəfs və bəd-nəzər kimi qüvvələr var. "Qurani Kərim"in Qələm surəsində bildirilir ki, özünü qorumaq üçün "Və in yəkəd" ayəsini oxuyun. Bununla nəfsdən və neqativ qüvvələrdən qoruynmaq olar. Gözdəymə və nəzərlər var. Bütün sahələrin alimləri bunu sübut edib. İmam Əli buyurur ki, qəbirstanlığa gedin. Görəcəksiniz ki, insanlar nəfsdən və ya nəzərdən ölür". 

Hacı Surxay Məmmədli vurğulayıb ki, Musa peyğəmbərin dövründə sehr çox inkişaf etmişdi: 
"Allah "Qurani Kərim"dəki ayə ilə sehr edənlərin yalanları üzə çıxdı. Allah adını zikr edən adama sehr təsir etməz. Sehr fobiyası olan, düşüncəsi dəyişkən insanlara təsir edir. İnsan 4 fəsli yaşamalıdır. Bəzən revmatizması olan insanlar söyləyirlər ki, ayağım ağrıyır, deyəsən yağış yağacaq. Fəslin dəyişməsi bəzən insan bədənin müəyyən hissələrində ağrılara səbəb ola bilər. İbadət edən, namaz qılan insanlara sehr təsir etməz, cin müsəllət ola bilməz. Mənə gedib kimsə cadu etsə, o təsirsiz olacaq. Belə şeylərə daha çox əqidəsi zəif olanlar inanır. Kiminsə gözünün altında şiş olan kimi, deyirlər ki, sənə cadu olunub. O da fırıldaqçının yanına gedib, kömək istəyir. Fırıldaqçı da "Danabaş kəndinin əhvalatları"nı və yaxud da ərəb dilində olan yazını oxumağa başlayacaq. Sonra deyəcək ki, get bu qədər pul gətir sənin cadunu batil edim. Təbii ki, bu yolverilməzdir. Bu bizim dinimizə də ziddir". 

Hacı Surxay Məmmədli qeyd edib ki, "Qurani Kərim"lə insan taleyinə baxmaq olmaz: 
"Amma "Qurani Kərim"də istixarə deyilən bir şey var. İstixarə bir işin xeyirli olmasının "Qurani Kərim"in öncədən xəbər verməsidir. Hər "Qurani Kərim" oxuyan bunu anlamır. Onu ancaq savadlı, elmli, dünyanı dərk edən din xadimi anlaya bilir. Amma "Qurani Kərim" insan taleyini göstərmir. Bu sadəcə yalancıların uydurduğu absurd bir fikirdir. İnsan taleyini bilən, həyatımızı bilən Allahdır. Bizim gələcəyimiz Allahın əlindədir. Allah "Qurani Kərim"də buyurur ki, mənim iznim olmadan bir yarpaq belə yerə düşə bilməz. Əgər, bir yarpağın yerə düşməsi Allahın əlindədirsə, ey insan, sən gələcəyi hardan bilirsən". 

Hacı Surxay Məmmədli vurğulayıb ki, hədislərdə bildirilir ki, insanın uzun ömürlü olmasının şərtləri var:"Allah buyurur ki, mən o şəxslərin ömrünü uzadaram ki, valideynlərinə hörmət edib, ehtiyacı olan insanların yanında olub, yaxşılıq etsin. Lakin başqalarına pislik edib, bədbəxt edən insanların ömrü qısalar, ruziləri isə azalar. 2 qardaş İmam Sadiqin yanına gedir. Yolda şeytan onlara vəsvəsə verir, qardaşlar mübahisə edir. Qardaşlardan biri digərinə deyir ki, bizim qardaşlığımız bitdi. Onlar ayrılırlar. Qardaşın biri yolda gələ-gələ fikirləşir ki, bibim də Mədinə yaxınlığında qalır. Gedim onu da ziyarət edim. Bibisini ziyarət etdikdən sonra İmam Sadiqin yanına gəlir. İmam buyurdu ki, qardaşın tərəfdən başın sağ olsun. Yəni qardaşın səndən ayrılan zaman yolda ölüm mələyi onun canını aldı. Ölüm mələyi sənin üçün də gəlmişdi. Sağ qalan qardaş bildirir ki, mən niyə ölmədim. İmam buyurdu ki, ömür əməllərə bağlıdır. Bir mömünün əməli ibadətindən üstündür. Sən dedin ki, mən gedim bibimi də ziyarət edim. Bunun üçün Allah buyurdu ki, onun ömrünü 30 il də artır. Bir yaxşı əməl, qohumu ziyarət etmək ömürü, ruzini artırar. Nikbin düşüncəli insanlar həmişə ruzili olur. Hədislərdə buyurur ki, bir yerə gedib gəldikdən sonra dırnaqlarınızı tutun, üzünüzü, saçınızı yuyun. Çünki çöldəki mənfi aura insana toxunur. Bunlar dinin göstəricisidir. Din ümumilikdə hər bir şeyi ehtiva edir. Allah buyurur ki, elmin açarı "Qurani Kərim"dir. Oxuyaraq həyat və axirət səadətini özünüzdə tapın".