Birincilərin ilk dərs günü sevinci - FOTOLAR

Birincilərin ilk dərs günü sevinci - FOTOLAR

Bu gündən I-IV siniflər ənənəvi tədrisə başlayıblar.

Hər il olduğu kimi, bu il də dərs ilinin başlamasına ən çox sevinən birincilərdir. İnciTürkay Nuriyeva bacıları da bu il məktəbə ilk qədəmlərini basanlardandır. Bu gündən şagird adını qazanan bacılar sevincli olduqları qədər həyəcanlıdırlar da. 129 nömrəli məktəbdə ilk dəfə parta arxasında əyləşən İnci və Türkayı bundan sonra uzun və məsuliyyətli bir yol gözləyir. Onlar dərslərə məsuliyyətli yanaşacaqlarına, müəllimlərin tapşırıqlarını diqqətlə yerinə yetirəcəklərinə və məktəbi uğurla başa vuracaqlarına söz veriblər.

Biz də İnci və Türkayın timsalında bütün birinciləri, eləcə də bütün şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edir, onlara dərslərində müvəffəqiyyətlər arzulayırıq!

Qeyd edək ki, bu tədris ilində 158 608 şagird birinci sinfə gedəcək. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq.

Sentyabrın 29-dan isə V-XI siniflər əyani tədrisə başlayacaqlar.

Bu tədris ilində 158 608 şagird birinci sinfə gedəcək. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.