BMT TŞ Rusiyanın “Şimal axını” ilə bağlı qətnaməsini qəbul etmədi

BMT TŞ Rusiyanın “Şimal axını” ilə bağlı qətnaməsini qəbul etmədi

BMT Təhlükəsizlik Şurası “Şimal axını”nda təxribatla bağlı beynəlxalq araşdırmaya dair Rusiya-Çin qətnaməsini dəstəkləməyib.

    Axeber.az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

    Qətnaməni üç ölkə dəstəkləyib, əleyhinə səs verən olmayıb, 12 ölkə bitərəf qalıb.

    Rusiya, Çin və Braziliya layihənin lehinə səs verib, Albaniya, Böyük Britaniya, Qabon, Qana, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Fransa, İsveçrə, Ekvador, Yaponiya bitərəf qalıb.

    Qətnaməni Belarus, Venesuela, Şimali Koreya, Nikaraqua, Suriya və Eritreya da dəstəkləyib. Lakin onlar BMT Təhlükəsizlik Şurasının üzvü olmadığı üçün səsvermədə iştirak etməyiblər.