Jurnalistlərin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı - YENİLƏNDİ

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
Axeber.az-ın xəbərinə görə, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.
MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:
1. Rəşad Məcid
2. Vüsalə Mahirqızı
3. Hacıbəy Heydərli
4. Rauf Arifoğlu
5. Alqış Musayev
6. Niyaz Niftiyev
7. Aydın Quliyev
8. Azər Həsrət
9. Elşad Eyvazlı
10. Aqil Ələsgər
11. Elçin Mirzəbəyli
12. Vüqar Rəhimzadə
13. Akif Aşırlı
14. Səadət Məmmədova
MŞ İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvləri aşağıdakılardır:
15. Əflatun Amaşov
16. Qulu Məhərrəmli
17. Vüqar Zifəroğlu
18. Bəhruz Məmmədzadə
19. Yadigar Məmmədli
20. Ceyhun Musaoğlu
21. Umud Mirzəyev
22. Müşfiq Ələsgərli
23. Fərid Pərdəşünas
***
13.44
Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.
Axeber.az-ın xəbərinə görə, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.
Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.
Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.
Dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.
Habelə, dəyişikliklə kodeksə yeni 4-cü prinsip (Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi) əlavə edilib.
***
10.29
Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.
Axeber.az-ın xəbərinə görə, səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.
3 nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin 7 nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə 9-a çatdırılıb.
***
10.02
Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb.
Axeber.az-ın xəbərinə görə, toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək.
Daha sonra isə hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
***
09.00
Bu gün Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı keçiriləcək.
Axeber.az-ın xəbərinə görə, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.
Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.
Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşovdur.