Bu gün İranda parlament seçkiləri keçiriləcək

Bu gün İranda parlament seçkiləri keçiriləcək

Fevralın 21-də (bu gün) İranda parlament seçkiləri keçiriləcək.

Axeber.az-ın məlumatına görə, bu barədə “TASS” xəbər verib.

Namizədliyini irəli sürən 7148 nəfərdən 800-ə yaxını qadındır.

Bütün ölkədəki seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq. Səsvermə 20:00-dək davam edəcək, lakin məntəqələrin işi ehtiyac olduğu halda uzadıla bilər. İlkin nəticələr, gözləntilərə görə, növbəti gün məlum olacaq.