Bu il əhaliyə ödənilən pensiya və sosial yardımların məbləği açıqlandı

Bu il əhaliyə ödənilən pensiya və sosial yardımların məbləği açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bu ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd.188 mln. manat vəsait ödəyib.

Nazirlikdən Axeber.az-a verilən məlumata görə, bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 mln. manat çoxdur.

Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub.