“Bu, kişiliyə qeyrətə, vicdana sığan deyil” – Zirəddin əsəbiləşdi

“Bu, kişiliyə qeyrətə, vicdana sığan deyil” – Zirəddin əsəbiləşdi

“Guya şəxsən vəsiqəmi də görüb... Ortaya belə bir sual çıxır: “Əgər sən mənim vəsiqəmi görmüsənsə, bu illər ərzində susmaqda məqsədin nə idi? Nədən susdun? Nədən mən Bakıya gələndə bunu dedin? Belə saf, təmiz adamsansa, həmin an məni ifşa edərdin”.

Axeber.az bildirir ki, bunu ekstrasens Zirəddin Rzayev astroloq Səbuhi Rəhimlinin onun haqqında “güc sstrukturlarına işləyir” ittihamına cavab verərkən deyib. Moderator.az-a müsahibəsində Z. Rzayev deyib ki, o Bakıya gələn kimi başladılar pis-pis şeylər yazmağa və Səbuhi də onlara qoşulub: “Vəsiqəmi harda gördün? Demək evimə gəlib, oturub yeyib içməkdə məqsədin var idi. Bu, kişiliyə qeyrətə, vicdana sığası deyil! Mən Azərbaycana – doğma vətənimə gəlməklə axı nə yanlışlıq etdim? Neylədim? Nə iş gördüm ki, bunlar mənim üstümə gəldilər? Adamı döyəndə əvvəlcə səbəbini deyərlər, sonra vurarlar. Nə etdim ki, haqqımda belə aqressiv yazılar yazdınız?”. 

Z. Rzayev deyib ki, güc strukturlarına işləmək Əl-Qaidəyə, Talibana işləmək demək deyil: “Burda – Moskvada yüzlərlə bizim ziyalı azərbaycanlılarımız var. Mənim yaxın bir azərbaycanlı dostum var, iki ilə yaxındır ki, ona general rütbəsi verilib. Rusiyanın güc strukturlarında çalışır. Bizim Rusiyada olan azərbaycanlı ziyalılarla münasibətimiz, diaspora ilə münasibətimiz ali səviyyədədir. Biz burada Azərbaycanda və xaricdə yaşayan bəzi dırnaqarası azərbaycanlılardan fərqli olaraq, bir-birimizi çox dəstəkləyirik. Biz sizdən öz vətənimizə, milliyyətimizə, milli adət-ənənələrimizə daha sadiqiq”. 

Səbuhi Rəhimlini onu artist adlandırmasına gəldikdə o bildirib: “Bəli, o, İncəsənət Universitetinin aktyorluq fakultəsinin məzunudur. Azər Axşamla eyni qrupda təhsil alıb. Astroloq olmaq üçün isə mütləq mənada astrofizikanı, astronomiya elmini, riyaziyyatı, fizikanı bitirmək lazımdır ki, ən azından astrologiya ilə məşğul ola bilsin. 

Dəqiqədə bir gözümüzə soxur ki, astrologiya bir elmdir. Bəli, astrologiya bir elmdir, amma bu elmlə sənə məşğul olmaq hüququnu kim verib, ay Səbuhi Rəhimli? Haranı bitirmisən? Bir sənətin, sübutun varmı əlində? Mən Rusiyada yaşayıram. Mən Zirəddin Rzayevəm! Mən Rusiyanın İctimai Palatasının ictimai xadimiyəm. Adam yanlışlıq edəndə ona bir səhvini başa salarlar. Harda xəta elədim? 

İbrahim Tatlısəsin sözü olmasın, “ben nerde yanlış yapdım?” Bunu mənə desinlər. Mən gəldim Bakıya, getdim Şamaxıya. Orda başladım meyvə ağaclarını çəkdim ki, ay camaat baxın, bizim Azərbaycanımızın ekoloji cəhətdən təmiz olan meyvələri var. Gör Allah bizə nələr veribdir. Bakıya gəlib hansı restorana girdimsə, Azərbaycana məxsus milli xörəklərimizi, təndir çörəyimizi, mətbəximizi çəkib paylaşmaq istəyirdim ki, qoy bütün dünyadan olan izləyicilərim görsün ki, Allah necə bizə nemətlər bəxş edibdir. Mən nə xəta elədim ki, hər tərəfdən mənə hücuma keçdiniz?”.