Bu ölkədə koronavirusla bağlı “aprel zarafatı” edənləri həbs gözləyir

Bu ölkədə koronavirusla bağlı “aprel zarafatı” edənləri həbs gözləyir

Tailandda koronavirusla bağlı “1 aprel zarafatı” edənləri həbs cəzası gözləyir.

Bu barədə ölkənin Baş Prokurorluğunun nümayəndəsi Kosonlavat İntuçuneonq özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, koronavirusla bağlı zarafat edənlər cərimə edilə və ya həbs oluna bilərlər:

“Diqqət! İnternet, sosial şəbəkələr və ya KİV-də yayılan koronavirus infeksiyası ilə əlaqəli zarafat  edənlər və əhalini aldadanlar fövqəladə vəziyyətdə iki ilədək azadlıqdan məhrum ediləcək və ya 40 min Tailand batı (təxminən 1200 AZN) məbləğində cərimələnəcək”.