Bu rayonlarda qaydalar daha da sərtləşdiriləcək - XƏBƏRDARLIQ

Bu rayonlarda qaydalar daha da sərtləşdiriləcək - XƏBƏRDARLIQ

"Bundan sonra ölkədə lokal xarakterli məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, yoluxma göstəricisi yüksək olan rayonlarda qaydalar daha da sərtləşdirilə bilər: "Bu barədə qərar masa üzərindədir. Ona görə də vətəndaşlar daha diqqətli olmalıdır".