Bu şəxslər 54 gün erməni mühasirəsində qalıb - VİDEOREPORTAJ

Bu şəxslər 54 gün erməni mühasirəsində qalıb - VİDEOREPORTAJ

Jurnalis İsmayıl Nəsibli 1993-cü il martın 31-dən mayın 23-dək Laçın və Kəlbəcər rayonları ərazisində 54 gün erməni mühasirəsində qalmış şəxslərlə bağlı Kanal Nasibli yutub kanalında videorepataj hazırlayıb.

Axeber.az-ın məlumatına görə, videorepataj 29 il əvvəl hadisə şahidlərinin Laçın və Kəlbəcər rayonlarında mühasirədə qaldıqları ərazilərdən bəhs edilib.

Ziyarət 19 nəfərin mühasirəyə düşdüyü yer - Kəlbəcərin Çaykənd kəndindən başlayıb, mühasirədə qaldıqları ərazi Laçının Oğuldərə kəndinə qədər davam edib.

Səfər zamanı mühasirədə qalan şəxslərin bir qurupu düşmənə görünmədən necə xilas olduqlaından, keçirdikləri əzablı günlərdən danışıblar.

Qeyd: 1993-cü il mart ayının 31-dən may ayının 23-dək 19 nəfər - Əli Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəl Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy, Saşa Ovçinnikov Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıblar.

Müharibədə qalmış şəxslərdən biri olan Ə.Əliyev əzablı günlərdən bəhs edən "54 gün erməni mühasirəsində" kitabını yazıb. O, 2017-ci ilin iyul ayının 2-də vəfat edib.