Bu şəxslərə birdəfəlik ödəmə veriləcək

Bu şəxslərə birdəfəlik ödəmə veriləcək

Sənədləri e-sistemlərdə və arxivlərdə olmayan müharibə əlillərinin müvafiq hərbi-həkim komissiyalarına müraciətləri əsasında daha 150-dək şəxsin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib.

Bu barədə Axeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaxın günlərdə onların da bank hesablarına ödəniş köçürüləcək: "Bu barədə hər birinə SMS göndəriləcək".