"Bu soyqırımın ləkəsi Niderland dövləti və ordusunun üzərindədir"

"Bu soyqırımın ləkəsi Niderland dövləti və ordusunun üzərindədir"

"17 noyabr tarixində Niderland parlamentinin nümayəndələr palatası çərçivəsində keçirilmiş səsvermənin nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beş maddədən ibarət qəbul olunmuş qətnamənin heç bir hüququ qüvvəsi yoxdur. Onların ATƏT-ə, Avropa İttifaqına, BMT-yə və əlavə olaraq Minsk Qrupunun həmsədrlər insitutuna bu münaqişənin həll olunması ilə əlaqədar çağrışının heç bir hüquqi əsası yoxdur və beynəlxalq hüquqa söykənmir".

Bunu Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, erməni qəsbkarlarının Azərbaycan torpaqlarının 28 il ərzində işğalı ilə əlaqədar Hollandiyanın bir dövlət kimi, bir parlament kimi və yaxud bir nümayəndələr palatası kimi heç bir üzvünün, heç bir dövlət xadiminin səsi çıxmadı: "İndi Azərbaycan birbaşa Rusiya Federasiyasının Prezidenti cənab Putinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Paşinyanın iştirakı ilə imzalanmış sənəd çərçivəsində yəni, müharibənin dayandırılması haqqında bu sənədin imzalanandan sonra danışırlar. Şübhəsiz ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın imzası ilə qəbul olunmuş bu sənəd hüquqi qüvvəyə malikdir. Azərbaycan öz torpaqlarını BMT-nin 4 qətnaməsi çərçivəsində, Azərbaycan sərhədləri çərçivəsində erməni silahlı qüvvələrindən təmizləmişdir. O təmizləmə prosesi hüquqi baxımdan qanunidir və orada beynəlxalq səviyyədə əks olunan cinayət hadisəsi olmamışdır. Hollandiya tərəfinin yadına salmaq istəyirəm ki, İkinci dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliam Srebrenitsa soyqırımıdır. Serb generalları Ratko Mladiç və qeyriləri dırnaq arası 400 holland sülhməramlıların gözü qarşısında dini etiqadına görə 8373 müsəlman dinc əhalisini - qadınları, kişiləri, uşaqları qətlə yetirmişdilər. Srebrenitsa soyqırımına görə, 8 mindən çox insanın ölümünün günahı, ləkəsi Niderland dövlətininin, ordusunun üzərindədir. Bu tarixin ll dünya müharibəsindən sonra ən böyük soyqrımıdır. Hollandiyanın yadına salmaq lazımdır ki, hüquqda belə bir termin vardır- cinayətkar və cinayəti görüb heç bir hərəkət etməmək. Onların bu cinayəti və soyqırımı dayandırmaq hüquqları ola-ola, bildiyimiz kimi, onlar həmin ərazidə sülhməramlı kimi yerləşdirilmişdilər, ancaq heç nə etmədilər, əksinə bu soyqırımın ancaq iştirakçısı olmuşdular. Buna görə belə bir dövlətin belə bir qərar qəbul etməsi gülüncdür. Onların bu qərarı Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Belə bir müvəffəqiyyətlə biz də Türkiyənin parlamenti, Pakistanın parlamenti və digər dövlətlər tərəfindən belə bir qətnamənin qəbul etdirə bilərik". 

Politoloq qeyd edib ki, bu sənəd birbaşa erməni tərəfinin sifarişi əsasında gündəmə gələn bir sənəddir: "Bu məsələni qaldıran Hollandiya nümayəndələr palatasını deputatları isə erməni tərəfi Avrora cəmiyyətinin həmsədrlərindən biri Ruben Vardanyan tərəfindən alınmış deputatlardır. Belə bir hadisələri biz gözləməliyik. Bu hadisənin qarşısını almağa nail olmalıyıq. Azərbaycan xalqı adət-ənənəyə sadiq bir xalqdır. Bizdə Novruz bayramı keçirilən zaman həm qoz həm fındıq yeyilir. Fındıqla qoz bizim süfrələrdə çərəz formasında istifadə olunur. Fındığın həmişə qabığından istifadə edirik. Onu yandıranda yaxşı istilik verir. Keçmişdə odun peçlərində fındıq qabığı da yandırıblar. İndi də yandırılır ondan enerji mənbəyi kimi və digər sənaye obyektlərində istifadə olunur. Ancaq qozun qabığı heç nəyə lazım olmur, tullanır. Yəni, Hollandiya nümayəndələr palatasının bu qərarı Azərbaycandan ötəri bir qoz qabığıdır. Tullayarıq çıxar gedər. Qoz qabığından o üzə keçə bilməz".