Bu yerlərdə maska taxmayanlar cərimələnəcək - YENİ QƏRAR

Bu yerlərdə maska taxmayanlar  cərimələnəcək - YENİ QƏRAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda maskalarla bağlı yeni qərar qəbul edilib. 

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.

Bundan başqa, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da maska taxılmalıdır. 

Bu tələbin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maska taxılması tələb edilən məkanların siyahısı ilə bu linkə daxil olmaqla tanış ola bilərsiz.