Bu yollarda rənglənmə işləri aparılacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Bu yollarda rənglənmə işləri aparılacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində 8 avqust tarixində saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. 

Axeber.az