“BUTA” körpələr evinin kollektivi Xocalı qurbanlarını yad etdi - FOTOLAR

“BUTA” körpələr evinin kollektivi Xocalı qurbanlarını yad etdi - FOTOLAR

“BUTA” körpələr evi - uşaq bağçası fidan balalarımızla birgə Xocalı faciəsinin 28 - ci ildönümünü ilə bağlı  "Ana Harayı" abidəsini və 1992 ci ilin Martın 3 - də Ana Vətən Partiyasının sədri, V çağırış Millət Vəkili Fəzail Ağamalının Şəhidlər Xiyabanında dəfn etdirdiyi 2 azyaşlı naməlum (birinin adı sonradan məlum oldu) körpələrimizin məzarını ziyarət edib.

Axeber.az-ın məlumatına görə, bu barədə uşaq bağçasının rəhbəri Günay Ağamalı məlumat verib. 

"Qan donduran Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı bu cinayəti törədən düşmənimizin və onun havadarlarının kim olduğunu böyüyən Azərbaycan nəslinə aşılamaq bizim müqəddəs borcumuzdur. Xocalı soyqırımı Azərbaycan Xalqının Qan yaddaşıdır! Xocalı faciəsi zamanı vəfat edən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik!" - deyə G.Ağamalı bildirib.