Böyük Dəbilqə: Orxan Səfərov bürünc medal qazandı, əsgər salamı verdi - Foto

Böyük Dəbilqə: Orxan Səfərov bürünc medal qazandı, əsgər salamı verdi - Foto

Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxıb.

Axeber.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Özbəkistan təmsilçisi Sardor Nurillayevlə üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan Səfərov bürünc medal qazanıb. Cüdoçu qələbənin ardından əsgər salamı verib.

Qeyd edək ki, Böyük Dəbilqəyə oktyabrın 25-də yekun vurulacaq. Azərbaycan yarışda 17 cüdoçu ilə təmsil olunur.