Cəlilabadda seçki dairəsinin sədri övladlarını bələdiyyəyə üzvü seçdirmək istəyir

Cəlilabadda seçki dairəsinin sədri övladlarını bələdiyyəyə üzvü seçdirmək istəyir

67 saylı Cəlilabad şəhər seçki dairəsinin sədri Qürbətov Əlibəy Əliməmməd oğlu bələdiyyə seçkilərində rəhbərlik etdiyi dairədə oğlanlarını bələdiyyəyə üzv seçdirmək istəyir.

Axeber.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Məlumatda bildirilib ki, Dairə Seçki Komissiyasının (DSK) sədri iki oğlunu – Qürbətov Ziya Əlimməmməd oğu və Qürbətov Hikmət Əliməmməd oğlunu özünün rəhbəri olduğu dairədən namizədliklərini verib: “Yeri gəlmişkən, DSK sədrinin oğulları 2014-cü ildə "Dəmirbank"dan 5900 dollar kredit götürüb qaytarmadıqları üçün 2017-ci ildən məhkəməyə cəlb olunublar. Seçki Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndində yazılıb: 22.1. Referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsləri, namizədlərin, qeydə alınmış namizədlərin, eləcə də namizədləri irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, müşahidəçilər, seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri, namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan şəxslər, yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər”.