Ceyhun Bayramov İsveçə getdi

Ceyhun Bayramov İsveçə getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Stokholma işgüzar səfərə yola düşüb.

Bu barədə Axeber.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.