Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib

Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.

Axeber.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib. 

"Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə  XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək", Leyla Abdullayeva qeyd edib.