Daha bir klub futbolçuların məvacibini azaltdı

Daha bir klub futbolçuların məvacibini azaltdı

İspaniyanın "Sevilya" klubu koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən məşqçilər heyəti və futbolçuların maaşlarını 70 faiz azaldıb.

Axeber.az-ın La Liqa təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərar klubun İdarə Heyətinin üzvlərinə də şamil olunub.

O da bildirilib ki, işçilərin bir hissəsi məzuniyyətə göndəriləcək, bəzi əməkdaşların isə iş saatları azaldılacaq.

Qeyd edək ki, İspaniya çempionatı qeyri-müəyyən tarixədək təxirə salınıb. Daha əvvəl "Barselona" və "Atletiko" da futbolçuların məvacibini azaldıb.