Dəm qazı daha bir can aldı

Dəm qazı daha bir can aldı

Tərtərdə 50 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Tərtər sakini yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Axeber.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə rayonun qaradağlı kədində qeydə alınıb.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbiyev Nəbi Səməd oğlu hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Salyanda da anoloji hadisə baş verib. Belə ki, rayon sakini, 1992-ci təvəllüdlü Bədəlova Zəkirə yaşadığı evin hamamında dəm qazında boğularaq ölüb.