DGK: "Riskli əməliyyatlardan büdcəyə 11 milyon manata yaxın vəsait köçürülüb"

DGK: "Riskli əməliyyatlardan büdcəyə 11 milyon manata yaxın vəsait köçürülüb"

Ötən il ərzində risk göstəriciləri əsasında toplam 671 gömrük bəyannaməsi üzrə riskli əməliyyatlar aşkar edilib.

Axeber.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, bunun nəticəsində 10 milyon 653 min 683,7 manatın dövlət büdcəsinə köçürülməsi təmin olunub.