DİN Bakıda yarıçılpaq halda insanlara hücum edənlərlə bağlı məlumat yaydı

DİN Bakıda yarıçılpaq halda insanlara hücum edənlərlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gecə Nizami küçəsində baş verən hadisə ilə bağlı məlumat yayıb.

DİN-dən Axeber.az-a bildirilib ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib.

Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər.

Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib. 

Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.

Araşdırma aparılır.

Qeyd edək ki, hər iki şəxs yarıçılpaq olub və insanlara xəsarət yetirməyə cəhd göstəriblər.