DİN erməni terroru ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ ETDİ

DİN erməni terroru ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ ETDİ

Daxili İşlər Nazirliyi (DIN) vətəndaşlara müraciət edib.

Nazirliyinin mətbuat xidmətindən Axeber.az -a daxil olan məlumatda deyilir:

"Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib. Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda  xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!".