DİN qurbanlıq heyvanların satış yerlərində reyd keçirdi - FOTOLAR

DİN qurbanlıq heyvanların satış yerlərində reyd keçirdi - FOTOLAR

Pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilmir. Bu məqsədlə qurbanlıq heyvanların nəzərdə tutulmayan yerlərdən kənarda satışına və kəsiminə qarşı gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər keçirilir.

Bu barədə Axeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, qurbanlıq heyvanların satışının həyata keçirildiyi ərazilərdə sosial izolyasiya qaydalarına riayət olunması, eləcə də təhlükəsizliyin təmin edilməsi üçün xidmət təşkil edilib. Yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, onlardan sosial izolyasiya qaydalarına riayət etmələri tələb olunub.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, qurbanlıq heyvanların onlayn satış yarmarkalarının təşkil olunmasına baxmayaraq, ayrı-ayrı şəxslər tərəfindən pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərini pozan şəxslər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunublar.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlarımızı xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bütün qaydalara əməl etməyə çağırırıq.