Dünya çempionu: "Azərbaycan güləşçisi finalda çox yaxşı mübarizə apardı"

Dünya çempionu: "Azərbaycan güləşçisi finalda çox yaxşı mübarizə apardı"

"Finaldakı rəqibim gənc və perspektivli idmançı idi. Artıq bir dəfə Avropa çempionu olub. Çox yaxşı mübarizə apardı".

Axeber.az-ın məlumatına görə, bunu Rusiyanın yunan-Roma güləşçisi Roman Vlasov Norveçin paytaxtı Oslodakı dünya çempionatının finalında Azərbaycan təmsilçisi Sənan Süleymanovla görüşü barədə "İzvestiya" nəşrinə müsahibəsində deyib.

77 kq-da mübarizə aparan idmançı 2:1 hesabı ilə qələbə qazandığı həlledici qarşılaşmanın asan keçmədiyini bildirib: "Görüşə fərqli hazırlaşmışdım. Düşünürdüm ki, xalça üzərinə çıxıb öz fəndlərimi tətbiq edəcək və qalib gələcəyəm. Amma rəqib cəmi 1 xal verdi. Xoşbəxtlikdən daha 1 xal götürdüm və bunu qoruya bildim. Rəqibin itiriləsi heç nəyi yox idi. Mübarizənin sonunda çox yoruldum, hətta uduzacağımı düşündüm".

Qeyd edək ki, finalda uduzan Sənan Süleymanov gümüş medalla kifayətlənib.