Dünyada 2015-2021-ci illər arasında 3 milyondan çox insan qətlə yetirilib

Dünyada 2015-2021-ci illər arasında 3 milyondan çox insan qətlə yetirilib

“Dünyada 2015-2021-ci illər arasında 3 milyon 100 min insan qətlə yetirilib”.

Axeber.az bildirir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) direktoru Qada Fəthi Vali bildirib. 

Dünyadakı həbsxanalarda olan insanların 30 faizinə məhkəmə qərarı olmadan məhbus kimi rəftar edildiyini deyən Vali bildirib ki, bu ədalət mexanizmində problemlərin olduğunu göstərir.

“Narkotik ticarəti, müxtəlif mütəşəkkil cinayətkarlıq subyektləri və korrupsiya ölkələri milyardlarla dollardan məhrum edib. Qeydlərə görə, dünyada müharibə və münaqişələrdən qaçan məcburi köçkünlərin sayı keçən il ilk dəfə olaraq 100 milyonu ötüb”.