DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar

DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət ediblər.

Axeber.az xəbər verir ki, sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.