Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrdə uğur qazanan namizədlərin sayı açıqlandı

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrdə uğur qazanan namizədlərin sayı açıqlandı

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən Axeber.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4226 nəfər müraciət edib. Bu gün saat 14:15-dək olan məlumata görə, 388 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.