Eden Azar AVRO-2020-dən kənarda qala bilər

Eden Azar AVRO-2020-dən kənarda qala bilər

Belçika millisi və İspaniya "Real Madrid"inin futbolçusu Eden Azar azı 3 ay yaşıl meydanlardan kənarda qala bilər.

Axeber.az bildirir ki, bu barədə yığmanın baş məşqçisi Roberto Martines zədəli oyunçuların son durumu barədə danışarkən deyib.

46 yaşlı mütəxssis Azara görə narahat olduqlarını bildirib: "Real Madrid"in tibb mərkəzi ilə sıx əlaqədəyik. Edenə görə narahatıq. Təəssüf ki, "Mançester Siti" ilə vacib oyun öncəsi belə bir hal baş verdi. Çox məyusuq, çünki zədə onu minimum 3 ay futboldan kənarda qoya bilər. Azar kimi futbolçu hər zaman meydanda olmalıdır".

Təhlükəli ehtimallar özünü doğrultsa, 29 yaşlı hücumçu 12 iyun - 12 iyulda keçiriləcək AVRO-2020-ni buraxa bilər. 

Qeyd edək ki, Eden Azar İspaniya La Liqasında XXV turun "Levante" ilə səfər oyununda zədələnib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.