Əfqanıstan Mərkəzi Bankının avtomobili partladılıb, ölən və yaralananlar var

Əfqanıstan Mərkəzi Bankının avtomobili partladılıb, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə minalanmış avtomobil partladılıb.

Bu barədə Axeber.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə paytaxtın cənub-şərqindəki Şah Şəhid rayonunda qeydə alınıb. Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Qeyd edilir ki, avtomobildəki şəxslər Əfqanıstan Mərkəzi Bankının əməkdaşları olub.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.