Əfqanıstanda koronavirusa yoluxanların sayı 239-a çatdı
Əfqanıstanda koronavirusa bir sutkada 43 nəfər yoluxub.
Axeber.az bildirir ki, məlumatı Əfqanıstan Səhiyyə Nazirliyinin sözçüsü Vahid Mayar açıqlayıb.
Onun sözlərinə görə, Əfqanıstanda bu virusa yoluxanların ümumi sayı 239-a çatıb.
Koronavirusun yayılmasının qarşını almaq üçün paytaxtı Kabul da daxil olmaqla bir neçə şəhərdə komendant saatı tətbiq edilib.