Əliyar Ağayev Avropa çempionatının final mərhələsinə təyinat alıb

Əliyar Ağayev Avropa çempionatının final mərhələsinə təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına təyinat alıb.

 36 yaşlı hakim Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək.

A qrupunda Gürcüstanla yanaşı, Portuqaliya, Niderland və Belçika, C qrupunda isə İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı 21 iyun-8 iyulda Gürcüstan və Rumıniyada təşkil olunacaq.