Elton Hüseynəliyev: "Həyat yoldaşım xəyanətimi bağışladı" - Şok sözlər

Elton Hüseynəliyev: "Həyat yoldaşım xəyanətimi bağışladı" - Şok sözlər

Müğənni Elton Hüseynəliyev "ATV maqazin onlarla" verilişində şəxsi həyatı haqqında etirafları ilə diqqət çəkib.

Axeber.az xəbər verir ki, müğənni həyat yoldaşına xəyanət etməsindən danışıb: "Əvvəl depressiya yaşamışam. Yorğunluq, eləcə də şəxs həyatımda baş verənlər depressiyaya səbəb olur. Artıq 38 yaşım var. Başa düşürsən ki, qeyri-adi insan deyilsən, sənin də hamı kimi eyni həyat tərzin var. Kənara çəkilmək, populyarlıq, tənbəllik var idi. Məclislər, toy mərasimləri, şöhrət istər-istəməz həyatına təsir edir, baş gicəlləndirir.

Mən yaxşı həyat yoldaşı və yaxşı atayam. İstərdim ki, əla olsun, amma elə ola bilmədim. Ailəmə, uşaqlarıma çox vaxt sərf edə bilməmişəm. Bundan sonra daha çox vaxt ayırmağa çalışacam.

Pandemiya doğmalarımıza daha yaxın olduğunu öyrətdi. Bir il ailəmdən uzaqlaşdım. O səhvi etmək istəməzdim. Düzəltmək istərdim, amma geri dönmək olmur. Kaş ailəmdən uzaq düşməzdim. İnsan üçün ən gözəl nemət onun ailəsidir.

Ailəmlə xoşbəxtəm və indi ailənin nə demək olduğunu tam tərk edirəm. Mənim səhvlərimi düzəltməkdə həyat yoldaşım kömək etdi. O kömək etməsəydi, səhv, başqa səhvə səbəb olardı. Hər uğurlu kişinin arxasında bir qadın dayanır. Mən həyat yoldaşıma təşəkkür edirəm. Onun cəfası çox olub.

Əgər səni həyatda səmimi qəlbdən sevən yoxdursa, mənasızdır. Ailədə xəyanəti bağışlamaq olmaz. Həyat yoldaşım xəyanətimi bağışladı. Allah bütün səhvindən dönənləri bağışlasın".

Qeyd edək ki, Elton Hüseynəliyev prodüser Tamilla Hüseynəliyeva ilə evlidir.

Cütlüyün iki qızı var.