Əməkdar artistin gəlnindən şok sözlər : "Şantaj edirdi..."

Əməkdar artistin gəlnindən şok sözlər : "Şantaj edirdi..."

Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasındakı qalmaqal bitmək bilmir.

Axeber.az axsam.az-a istinadən bildirir ki, 3 övladının əlindən alınaraq ataları Kərimə verilməsi ilə razılaşmayan Canana apellyasiya məhkəməsinə müraciət edəcəyini deyib. 

M.İsgəndərlinin onun ünvanına dediyi ittihamlara isə Canana sosial şəbəkədə cavab verib.

"Balamın belə bir qadının təsiri altında böyüdüyü üçün göz yaşlarımı saxlaya bilmirəm. Saxtakar, qəddar, əzrailqəlbli qadını Allaha tapşırmışam. Nişanlı vaxtımda üzüyü qaytardığım üçün mənə nalayiq sözlər deyən və şantaj edən qadın.

Oğlumdan efirdə istifadə edib təhqir obyektinə çevirdilər. Tuncayı hər kəs qınayır ki, anasını vara satan övlad. Bu mənə ölümdən də pis acı verir" deyə, Canana bildirib.

O, daha sonra keçmiş qayınanasının onu uşaqlara baxmamaqda ittiham etməsinə cavab verib:

"Bütün günümü övladlarıma həsr edən anayam, onların gələcəyini və sağlamlıqlarını düşünmüşəm. Deyir, biz Moskvada olanda uşaqlar hava üzü görməyib, ac qalıblar. O qədər yalanlar danışır... O bir ildə uşaqlarımı necə saxlamağımın görüntülərini paylaşmağa məcburam. Bütün günü bağda, hovuzda istirahət ediblər".

Qeyd edək ki, Kərim və Canananın üç övladı var. Cütlük bir neçə gün əvvəl boşanıb və uşaqların qəyyumluğu ataya verilib.