Ən çox bu dairənin namizədləri qeydə alınıb

Ən çox bu dairənin namizədləri qeydə alınıb

2020-ci ilin fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb.

Axeber.az xəbər verir ki, ən çox deputatlığa namizədlərin qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsində 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.