Ərdoğan nazirləri topladı - FOTOLAR

Ərdoğan nazirləri topladı - FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Sülh Pınarı Hərəkatı”nın koordinasiya toplantısını keçirib.

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, toplantıda nazirlər və generallar iştirak edib. 

Qeyd edək ki, ABŞ-la “Güvənli bölgə” anlaşmasından sonra Türkiyə bu gün Suriyanın şimalında “Sülh Pınarı Hərəkat”ına başlayıb. Ərdoğanın təlimatı ilə başladılan hərəkatda hədəf PKK/YPG və İŞİD terrorçularıdır. Artıq bir neçə hədəf vurulub. Türk ordusu sərhədin 30 kilometr məsafəsinədək irəliləyib.