Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə etdi

Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı olub.

Axeber.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident administrasiyasının məlumatında deyilir. Qeyd edilir ki, Ərdoğan İdlibdə insan fəlakətinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Tərəflər İdlibdə böhranın həlli yolunun Soçi razılaşmasının şərtlərinə sadiq qalmaqdan asılı olduğunu bildiriblər. Onlar, həmçinin, Liviya məsələsini də müzakirə ediblər.