Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər

Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Axeber.az xəbər verir ki, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Türkiyə Prezidenti iranlı həmkarına bildirib ki, Ermənistanın Azərbaycanın dinc əhalisinə hücumları hərbi cinayətdir.

Onun sözlərinə görə, bu məsələdə haqlı ilə yanlışı, işğalçı və işğala məruz qalanları ayırmaq vacibdir.