Ermənilər Tovuzun Əlibəyli kəndini atəşə tutdu

Ermənilər Tovuzun Əlibəyli kəndini atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Bu barədə Axeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.