Ermənistan ordusunun 16 noyabr döyüşlərində cəbhədən qaçan mayoru həbs edildi

Ermənistan ordusunun 16 noyabr döyüşlərində cəbhədən qaçan mayoru həbs edildi

Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədən Ermənistanın ordusunun zabiti döyüş mövqeyini itirdiyinə görə həbs edilib.

Axeber.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun nümayəndəsi Qor Abramyan bildirib.

Onun adı açıqlanmır. Qeyd edilir ki, istintaq zamanı mayor rütbəli zabitin 7 hərbçi ilə döyüş mövqeyindən qaçdığı müəyyənləşib.

Zabitə qarşı Cinayət Məcəlləsinin “Döyüş vəzifəsinin və ya hərbi xidmətin icrası qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda” maddəsi üzrə cinayət işi açılıb.