Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edildi - FOTO

Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edildi - FOTO

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib.

Bu barədə Axeber.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı.