Ermənistanın növbəti təxribatı - Bu dəfə snayperlə

Ermənistanın növbəti təxribatı - Bu dəfə snayperlə

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam edir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqa­mət­dən döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atə­şə tutulub.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Axeber.az