Əsəbi halda idmanla məşğul olmaq ölümə səbəb olur

Əsəbi halda idmanla məşğul olmaq ölümə səbəb olur

İdman mütəxəssisləri nizamlı məşq etməyin və idmanla məşğul olmağın sağlam həyatın təməli olduğunu  dəfələrlə dilə gətirirlər. İdman, sadəcə fiziki deyil, həm də zehni sağlamlıq üçün faydalıdır və stresin qarşısını alaraq insanı daha xoşbəxt hiss etməsinə nail olur. Məşq etməyin faydası çox olsa da, çox gərgin olduğunuz , hirsli və sıxıntılı olduğunuz hallarda vücudunuzu yormaq sizə mənfi təsir göstərə bilər. Xüsusən, ürək sağlamlığı baxımından bu vəziyyətdə məşq etməmək ən doğru qərar ola bilər. 

Axeber.az xarici mətbuata istinadən bildirir ki, Amerikan Ürək Vəqfi dərgisi Circulationda yer alan məqalədə keçmişdə infakt keçirən xəstələrin bir qisminin , xəstəlik ərəfəsində əsəbi və ya fizik cəhətdən aktiv olduğu ifadə olunur. Kişilərin üstünlük təşkil etdiyi, 58 yaşında 12 min 461 nəfər arasında sorğu keçirilib. İnfakt keçirən həmin insanlara həmin ərəfədə psixoloji və fiziki durumları ilə bağlı verilən sualın cavabı demək olar ki eyni olub.  Hər 7 xəstədən biri ya həmin günü hirsli və gərgin olduğunu, ya da məşq etdiyini söyləyib.

Araşdırmanın nəticələri konkret fikir deməyə əsas verir: yorucu məşqlər və hiddət infakta gətirib çıxarır.

Mütəxəssislərin açıqlamalarına görə, gərgin duyğular və fiziki yorğunluq ürək döyüntülərini sürətləndirir, təzyiqin yüksəlməsinə gətirib çıxarır. Damarlarınızda tıxanıqlıq varsa, yüksələn qan dövranı laxtalanmaya səbəb olaraq infakta gətirib çıxarır. Bu səbəbdən hirsli olduğunuz, əsəbdən gözünüz heç nəyi görmədiyi zamanlarda məşq etmək olmaz.

Məşqdən öncə nələri etmək olmaz?

İdmana başlamadan öncə nə yeyib-içməyin zəruri olduğunu bilsəniz, daha çox artıq çəkini atmış olarsınız. Artıq çəkilərdən xilas olmağın ən düzgün yolu məşqdən keçsə də, sağlam qidalanma qaydalarını bilmənizdə fayda var. Gündəlik qida rasionunuzda yüksək kalorili qidalardan qaçmaq lazımdır. Nizamlı şəkildə məşqlər etmək, həm çəkinizi nəzarətdə saxlamanıza, həm də sağlam bədən quruluşuna sahib olmağınıza yardımçı olacaqdır. Lakin artıq çəkilərdən xilas olmaq istədiyiniz zaman məşq etməklə yanaşı, qidalarınıza da xüsusi diqqət etməlisiz.

Öncə günün hansı saatında idmanın daha çox faydası olduğuna nəzər salaq:

 Səhər tezdən idman etmək ən sağlam idman hesab olunur. Gün ərzində özünüzü daha sakit hiss edəcəksiz və vücdunuzda maddələr mübadiləsi daha sürətlə çalışacaq.

Günorta saatlarında idman piylərin əridilməsi baxımından önəmli hesab olunur. Həm məşq zamanı, həm məşqdən sonra özünüzü yaxşı hiss edəcəksiz.

Axşam saatlarında məşq etmək bütün günün gərginliyindən sizi xilas edəcək, yorulacaqsınız və bu sizin daha yaxşı yatmağınıza səbəb olacaq.

Artıq piylərdən qurtulmaq üçün məşqdən öncə nə yemək lazımdır?

Tərkibində karbohidrat olan qidalar piy əritməni sürətləndirdiyi üçün həmin qidalara üstünlük verin. Məşqdən öncə qəti şəkildə çətin həzm olunan qidalar yemək olmaz. Meyvələrdən alma, armud, kivi  və qoz, badam kimi çərəzlər yeyə bilərsiz.   Məşqdən öncə çörək yemək tövsiyə edilmir.

Yeməkdən nə qədər vaxt sonra məşq etmək düzgündür?

Etdiyiniz səhvlərdən biri də yeməkdən dərhal sonra və ya acqarına idman etməkdir. Bu iki vəziyyət sağlamlıq problemlərinə yol aça bilər. Yeməkdən 2 saat sonra məşqlərə başlamaq lazımdır.

Məşqdən öncə nə içmək daha faydalıdır?

Bir fincan qəhvə içsəniz, bədənin maddələr mübadiləsini daha da sürətləndirmiş olarsınız. Beləliklə, daha çox kalori yandırarsınız. Qəhvənin tərkibindəki kofein müsbət təsir göstərərək uzun müddət məşq etməyiniz üçün sizə dəstək olacaqdır.