Etirazçılar İraqdakı neft terminallarını bağladılar

Etirazçılar İraqdakı neft terminallarını bağladılar

İraqda etirazçılar ölkənin neft ixracatını təhdid edən bir neçə neft terminalı və ölkənin neft şirkətlərinin işini pozmağa çalışırlar.

Axeber.az bildiri ki, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.

Nümayişçilər, xüsusilə İraqın cənubundakı Umm-Qəsr limanına girişi əngəlliyiblər. 

Ez Zubayr şəhərindəki neft sənayesinin rəsmisinə görə, hazırda Umm- Qəsr limanı fəaliyyət göstərmir. Bəsrə dəniz ticarətinin yeganə yolu olaraq qalır.

O, etirazçıların hətta işçilərin Umm- Qəsrə getməsinə icazə vermədiyini qeyd edib.

Bildirilir ki, nümayişçilər həmçinin bazar ertəsindən etibarən Ez-Zubayr bölgəsindəki neft sahəsinə gedən yolları bağlayıblar.

Xatırladaq ki, 25 oktyabrda İraqda hökumət əleyhinə nümayişlərin ikinci dalğası başlayıb. Hökumətin siyasətindən narazı qalan İraq sakinləri Bağdad, eləcə də Əd-Diva və Nasiriya şəhərlərində küçələrə axışıb. Onlar geniş yayılmış korrupsiya, iş qıtlığı və dövlət təhlükəsizliyinin zəifliyinə qarşı çıxırlar.

Əvvəlcə oktyabrın 1-də narazılığını bildirən etirazçılar öncə hakimiyyətdən gənclərin işsizliyinə və korrupsiyaya diqqət yetirməsini tələb ediblər, sonra mövcud siyasi sistemin dəyişdirilməsi tələblərini səsləndirməyə başlayıblar.

İraqın Baş Naziri Adil Əbdül- Mehdi hökumətdə dəyişikliklər ediləcəyini və sosial sahədə islahatlar aparacağını vəd etsə də, nümayişçilər bununla kifayətlənməyiblər. İndi onlar Baş Nazirin özü də daxil olmaqla bütün siyasi rəhbərliyin istefasının tərəfdarıdırlar.

Nümayişlərin oktyabrın 1-dən başlamasından bəri İraqda ən azı 320 nəfər ölüb, minlərlə insan yaralanıb.