Ev yandı, 79 yaşlı qadın öldü

Ev yandı, 79 yaşlı qadın öldü

İsmayıllı rayonunda 79 yaşlı qadın yanğında ölüb.

Axeber.az xəbər verir ki, hadisə gecə saat 12 radələrində baş verib. Rayonun Quşencə kəndində Savetxan Muradalıyevə məxsus 2 mərtəbəli ev yanıb.

Həmin evdə yaşayan arvadı, 1943-cü il təvəllüdlü Ruhəngiz Muradalıyeva yanaraq ölüb. S.Muradalıyevin isə bədəninin müəyyən hissəsi yanıb. Ev əşyaları ilə birgə tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.