Evdə oturan insanlar "Google"-da ən çox bu sözü axtarıblar - Açıqlama

Evdə oturan insanlar "Google"-da ən çox bu sözü axtarıblar - Açıqlama

Son bir neçə ay ərzində dünyada insanların vərdişləri kəskin şəkildə dəyişməyə başlayıb. Bunun səbəbi isə bir neçə amil, o cümlədən koronavirus pandemiyası göstərilir. Google şirkəti vərdişləri dəyişən insanların özünü təcrid rejimi dönəmində ən çox nə axtardıqlarını açıqlayıb.

Axeber.az bildirir ki, axtarış nəhənginin son məlumatlarına görə, koronavirusla əlaqəli məhdudiyyətlər çox sayda istifadəçinin yuxu rejiminə təsir edib.

Belə ki, istifadəçilərin əksəriyyəti "yuxusuzluq" və "yata bilmirəm" sözlərini axtarıblar. Bu cür axtarış sorğuları aprel ayında maksimum həddə çatıb.

Xatırladaq ki, aprel ayında Harvard Universitetinin alimləri öz araşdırmalarının nəticələrini dərc etmişdilər. Araşdırmaya görə, pandemiya insanın yuxusuna son dərəcə mənfi təsir göstərə bilir. Bu təsir də öz növbəsində digər psixoloji faktorlara səbəb olur.