Fatih Terim matçdan sonra əməliyyat olundu

Fatih Terim matçdan sonra əməliyyat olundu

“Qalatasaray”futbol klubunun baş məşqçisi Fatih Terim “Fiorentina” ilə matçdan dərhal sonra əməliyyat olunub.

Bu barədə klubun rəsmi saytında yazılıb. Terim uzun müddətdir narahatlıq yaşadığı bel yırtığından və dar kanaldan əməliyyat edilib. Əməliyyat “Liv Hospital”da Mustafa Kamal Hamamcıoğlu tərəfindən gerçəkləşdirilib.

Hazırda baş məşqçinin müalicəsi davam etdirilir. (qafqazinfo)

Axeber.az