"Fənərbağça" Özilin transferi üçün pul toplamağa başladı

"Fənərbağça" Özilin transferi üçün pul toplamağa başladı

Türkiyənin "Fənərbağça" klubu futbolçu Mesut Özilin transferi üçün azarkeşlərin köməyi ilə pul toplamağı planlaşdırır.

Axeber.az-ın məlumatına görə, bu barədə klub prezidenti Ali Koç açıqlama verib. O, "Mesut Ol" kampaniyası başlatdıqlarını diqqətə çatdırıb: "Ən azı bir sms rica edirəm. Telefonu olmayan uşaqlar ata-analarından sms göndərmələrini istəsinlər".

"Fənərbağça" fanatları "Mesut Ol" kampaniyasına böyük maraq göstəriblər. Onlar MESUTOL yazaraq, 1907-yə 20 dəqiqə ərzində 35 000 sms göndəriblər. Bu qədər qısa mesaj qarşılığında 700 000 türk lirəsi (160 494 manat) yığılıb. Bu yolla 2 milyon avro pul toplanılması nəzərdə tutulub. Klub Özilin formasının satışından da pul qazanmaq niyyətindədir.

Qeyd edək ki, hazırda "Fənərbağça"nın borcu 520 milyon avrodur. Mesut Özillə 2023-cü ilədək rəsmi müqavilə bağlanılacaq.

Loading...