Fərman İsmayılovun nəşi Bakıya gətirildi

Fərman İsmayılovun nəşi Bakıya gətirildi

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi azərbaycana gətirilib.

Axeber.az-ın məlumatına görə, Fərman İsmayılovun nəşi bir neçə dəqiqə əvvəl Bakı hava limanına çatıdırılıb.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.